Qurbanov komandasının qələbəsini izlədi

01:10 - 10 May 2015

Futbolçumuz ehtiyat skamyasında
 
Xorvatiya çempionatında 33-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk" klubu evdə "Osiek"i qəbul edib.
 
Gərgin keçən oyunda sevinən tərəf Split təmsilçisi olub. Rəqibinə 3:2 hesabı ilə qalib gələn "Hayduk" xalını 46-ya yüksəldib. Millimizin üzvü bu matçın 18-liyinə salınsa da, meydana daxil olmayıb.
 
Qeyd edək ki, 33 turdan sonra aktivində 46 xalı olan "Hayduk" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.

Xəbər xətti