"Milan" - "Roma" 2:1 VİDEO

02:25 - 10 May 2015

"Rossonerilər" uğursuzluq seriyasına son qoydu
 
İtaliya A seriyasında 35-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki. hesabat turunun mərkəzi qarşılaşması “Milan” və “Roma” arasında baş tutub.
 
Turnir cədvəlinin ortalarında yer alan “rossenirilər”in əli hər yerdən üzüldüyü halda, paytaxt təmsilçisi ikicilik uğrunda əzəli rəqibi “Latsio” ilə mübarizə aparır.  Son vaxtlar qələbə üzünə həsrət qalan “Milan” gözlənilmədən “canavarlar”a qalib gələrək tilsimi qırıb.  
 
 
 
“Milan” – “Roma”  2:1
Qollar:
van Ginkel, 40, Destro, 59 - Totti, 72-pen.
 
 

Xəbər xətti