İsrafilovsuz "Qranada" qələbə qazandı

11:04 - 10 May 2015

Futbolçumuz yenə heyətdən kənarda qaldı
 
İspaniya La Liqasında 36-cı turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Qranada" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Kordoba" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. İsrafilov zədəli olduğuna görə bu dəfə də oynamaq şansı qazanmayıb.
 
Qeyd edək ki, "Qranada" hazırda 31 xalla 18-ci pillədə qərarlaşıb.

Xəbər xətti