"Mançester Yunayted" 24 yaşlı futbolçunu transfer edir

15:25 - 10 May 2015

“Qırmızı şeytanlar” Nataniel Klayna 18 milyon verir  
 
“Sauthempton”un müdafiəçisi Nataniel Klayn “Mançester Yunayted” klubunun maraq dairəsinə düşüb.
 
Sportal.az xəbər verir ki, “Qırmızı şeytanlar” 24 yaşlı ingiltərəli futbolçunu yayda transfer etmək istəyir.
 
İngiltərə nəhəngi mövsümün sonuna qədər “Sauthempton” rəsmiləriylə danışaraq futbolçunun keçidinə aydınlıq gətirməyə çalışır. Klaynın transfer müqabilində “manukunyanlar” qarşı tərəfə 18 milyon funt sterlinq ödəməyə hazırdır.     

Xəbər xətti