"Bakı"nın legioneri Zaqatalaya yollanmayacaq

17:37 - 10 May 2015

Pelagris zədələnib
 
Premyer Liqanın 34-cü turunda "Bakı" səfərdə "Simurq"un qonağı olacaq.

Sportal.az xəbər verir ki, "zolaqlılar" bu matça itki ilə çıxacaq. Belə ki, komandanın kiprli müdafiəçisi Pelagris Giorgos zədə səbəbindən Zaqatalaya yollanmayacaq. O, AZAL-la matçda zədələnərək oyunu yarımçıq tərk etmişdi.
 
Qeyd edək ki, AZAL-la matçda qırmızı vərəqə alan Vüqar Bəybalayev və Mahir Mədətov də bu matçı buraxmalı olacaq.

Xəbər xətti