"Mançester Siti" rəqibini darmadağın etdi VİDEO

20:10 - 10 May 2015

KPR aşağı dəstəyə yuvarlandı
 
İngiltərə Premyer Liqasında 36-cı turun qalan oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, çempionluq əlini üzən “Mançester Siti” doğma meydanda autsayder “Kuins Park Reyncers”i sınağa çəkib.
 
Manuel Pelleqrinin başçılıq  etdiyi “şəhərlilər” rəqibini darmadağın edib. Böyük hesablı qələbənin təməlini Serxio Aquera qoyub. Bu görüşdə ev sahiblərinin argentinalı hücumçusu het-trik edib. Bu məğlubiyyətdən sonra KPR-in aşağı dəstəyə yuvarlanması rəsmləşib.     
 
 
 
“Mançester Siti” – KPR   6:0
Qollar: Aquero, 4, 50, 64, Kolarov, 32, Milner, 70, David Silva, 85
 
 
 

Xəbər xətti