Subaşiç "fərqləndi", komandası darmadağın oldu

20:33 - 10 May 2015

Futbolçumuz üçün 45 dəqiqə
 
Türkiyə PTT 1-ci liqasında 32-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "Manisaspor" da növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda "Altınordu" ilə qarşılaşıb. Matç manisalıların 1:6 hesablı məğlubiyyəti ilə başa çatıb. Subaşiç 46-cı dəqiqədə meydana çıxıb, 71-ci dəqiqədə isə sarı vərəqə alıb.
 
Qeyd edək ki, "Manisaspor" haırda 30 xalla 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti