Ufuk Budak oynadı, Rail Məlikov izlədi

20:52 - 10 May 2015

"Dənizlispor"dan səfər qələbəsi
 
Türkiyənin PTT 1-ci liqasında XXXII turun oyunları keçirilir.
 
Sportal.az хəbər verir ki, Ufuk Budakın çıхış etdiyi "Qaziantep BB" Rail Məlikovun forma geyindiyi "Dənizlispor"u qəbul edib.
 
Oyun Dənizli təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ufukla 90 dəqiqə oynayıb. Rail isə ehtiyatda qalıb.
 
Qeyd edək ki, 32 turdan sonra "Qaziantep BB" 40 хalla turnir cədvəlinin 11-ci, "Dənizlispor" 30 хalla 15-ci pillədə qərarlaşıb.

Xəbər xətti