"Çelsi" 19 yaşlı braziliyalını transfer etdi

03:20 - 12 May 2015

Natan “zadəganlar”a 4,5 milyona başa gəldi
 
"Çelsi” klubu 19 yaşlı braziliyalı futbolçuyla müqavilə bağlayıb.
 
Sportal.az xəbər verir ki, londonlular “Atletik Parnaes”də çıxış etmiş yarımmüdafiəçi Natanı heyətinə qatıb.
 
Braziliyalı futbolçununun tarnsferi “zadəganlar”a 4,5 milyon funt sterlinqə başa gəlib. Artıq “samabaçı” komandanın düşərgəsinə qatılaraq məşqlərdə iştirak edib.    

Xəbər xətti