"Çelsi"nin futbolçusu "ən yaxşı" seçildi

15:52 - 12 May 2015

Hazard 53 faiz səs topladı
 
İngiltərə Futbol Jurnalistləri Assosiasiyası ölkədə bu mövsümün ən yaxşı futbolçusunu seçib.
 
Sportal.az xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard 2014/05 mövsümünün ən yaxşı futbolçusu adına layiq görülüb. Belçikalı oyunçu səslərin 53 faizini toplayıb.
 
"Tottenhem"in hücumçusu Harri Keyn ikinci, "Çelsi"nin müdafiəçisi Con Terri isə üçüncü olub.
 
Xatırladaq ki, E.Hazard bundan əvvəl İngiltərə Peşəkar Futbolçular Assosiasiyası tərəfindən bu mövsümün ən yaxşısı seçilib.

Xəbər xətti