"Arsenal" Danimarka millisinin qapıçısını alır

01:40 - 15 May 2015

Əfsanəvi qapıçının oğlu “topçular”ın maraq dairəsində  
 
Londonun “Arsenal” klubu yay transfer dönəmində heyətinə yeni qapıçı cəlb etmək istəyir.
 
Sportal.az xəbər verir ki, “topçular” Peter Çex transferinin alınmaması halında “Lester”in qapıçısı Kasper Şmeyxelin keçidinə yönələcək.
 
Başda “Liverpul” olmaqla bir neçə Premyer Liqa klubunun da transfer siyahısında olan kiçik Şmeyxel hazırkı klubunda xoşbəxt olsa da aparıcı komandalardan birinə keçidə də qarşı deyil.
 
Xatırladaq ki, Danimarka milli komandasının da qapısını qoruyan Kasper əfsanəvi qapıçı Peter Şmeyxelin oğludur. 

Xəbər xətti