3-cü Zirvə Oyunlarında maraqlı futbol yarışı keçirildi

13:20 - 15 May 2015

6 komanda mübarizə aparıb

 
9-17 may tarixləri arasında AAAF Park Yaşayış Kompleksində Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının ildönümünün təntənəli qeyd edilməsi məqsədilə yeniyetmələr arasında 3-cü “Zirvə Oyunları” keçirilir.
 
 
Sportal.az xəbər verir ki, “Zirvə” Beynəlxalq İdman Klubunun nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançılarımızın qatılacağı bu yarış ənənəvi xarakter daşıyır. Bir neçə ildir mütəmadi keçirilən Oyunlr həmçinin Azərbaycan birinciliklərində cıxış etmək ücün heyətlərin komplektləşdırılməsı, bu idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlagələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, təkmilləşdirilməsi və yarış vərdişlərinin mükəmməlləşdirilməsi məqsədi güdür.
 
 
Yarışlar həmişə olduğu kimi dörd idman növü üzrə ağır atletika, bədii gimnastika, cüdo və futbol – keciriləçəkdir. Futbol üzrə yarışlar 10 may 2015-ci il tarixində AAAF Parkın ərazisində yerləşən ZİSC-nin açıq Mini-futbol meydançasında baş tutdu.
 
 
Turnirdə 6 komanda iştirak etdi. Bunlar baş məşqçisi Fuad Cəfərov olan “Zirvə 1” və “Zirvə 2”, Fuad Kərimli və Təhmasib İsmayılovun məşqçisi olduğu “AAAF 1” və “AAAF 2”, Orxan Abdullayevin baş məşqçisi olduğu “Sumqayıt 1” və “Sumqayıt 2” komandaları idi.
 
Yarış çox maraqlı mübarizə şəraitində keçdi. Komandalar hərəsində 3 olmaqla iki qrupa bölündülər. Dairəvi sistemlə oyunlardan sonra qrup birinciləri finalda, ikinciləri isə bürünc medallar uğrunda matçda iştirak etmək hüququ qazandılar.
 
 
Gözlənildiyi kimi, “Zirvə” komandaları bütün rəqiblərini üstələyərək finala çıxdılar. 3-cülük matçında isə “AAAF 1” “Sumqayıt 2”-yə qalib gəldi.
 
 
Yarışlarda I-II-III yerləri tutan idmançılar və komandalar “Zirvə İnternational Sport Clubs” MMC-nin medal və diplomları ilə mükafatlandırıldılar.
 
 
Sizi nəticələr və şəkillərlə tanış edirik:
 
 
 
“A” qrupu
 
Zirvə 1 – AAAF 1 – 4:2
AAAF 1 – Sumqayıt 1 – 5:1
Zirvə 1 – Sumqayıt 1 – 7:2
“B” qrupu
 
Zirvə 2 – Sumqayıt 2 – 4:0
AAAF 2 – Sumqayıt 2 – 2:3
Zirvə 2 – AAAF 2 – 7:1
Final
Zirvə 1 – Zirvə 2 – 2:0
 
Bürünc medal matçı
AAAF 1 – Sumqayıt 2 – 3:1

Xəbər xətti