De Xeya "Real"ın şərtlərini qəbul etdi

02:22 - 16 May 2015

Madrid təmsilçisi ispaniyalı kiperlə razılığa gəldi  
 
“Mançester Yunayted” klubunun qapıçısı David De Xeya Madrid “Real”ının şərtlərini qəbul edərək müqavilə bağlamağa razılıq verib.
 
Sportal.az xəbər verir ki, 24 yaşlı qolkiper Madrid klubunun 2020-ci ilə qədər müqavilə bağlamaq və ildə 5 milyon avro maaş almaq təklifini qəbul edib.
 
İngiltərə təmsilçisi ispaniyalı futbolçunun transferi müqabilində “Kral klubu”ndan 40 milyon avro istəyib.
 
Qeyd edək ki, cari mövsüm “Qırmızı şeytanlar”ın heyətində 36 oyuna çıxan De Xeya qapısında 36 qol görüb.       

Xəbər xətti