Cavadovsuz "Boluspor" 1 xalla kifayətləndi

00:57 - 17 May 2015

Qarşılaşmada qolsuz heç-heçə
 
Türkiyə PTT 1-ci liqasında 33-cü turun oyunları keçirilir.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vaqif Cavadovun komandası - "Boluspor" da növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda "Şanlıurfaspor"la qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Vaqifin adı bu görüşün iştirak ərizəsinə salınmayıb.
 
Qeyd edək ki, "Boluspor" hazırda 41 xalla 11-ci pillədə qərarlaşıb.

Xəbər xətti