"Aston Villa"nın 42 milyonluq hücumçusu

03:05 - 17 May 2015

Almaniya klubu Bentekenin transferinə hazırlaşır
 
Almaniya Bundesliqasında ikinci pillədə qərarlaşmış “Volfsburq” klubu heyətini gücləndirmək üçün artıq indidən hərəkətə keçib.
 
Sportal.az xəbər verir ki, “canavarlar” “Aston Villa”da forma geyinən hücumçu Kristian Bentekeyə maraq göstərir.
 
İngiltərə təmsilçisi 24 yaşlı belçikalı futbolçunu satmaqda maraqlıdırlar. Lakin ingilislər bu transferrin qarşılığında “Volfsburq”dan 42 milyon avro tələb edirlər.
 
Xatırladaq ki, Benteke bu mövsüm Premyer Liqada çıxdığı 33 oyunda 16 qol vurub.

Xəbər xətti