"Cerrard dünyanın ən yaxşı oyunçularından biridir"

16:18 - 17 May 2015

“Roma”nın kapitanı ingiltərəli futbolçuya təriflər yağdırdı
 
“Mən onu nəinki İngiltərənin, hətta dünyanın üç ən yaxşı futbolçusundan biri hesab edirəm”.
 
Sportal.az xəbər verir ki, bu sözləri “Roma” klubunun kapitanı Françesko Totti Stiven Cerrard haqqında deyib.
 
“Liverpul”la doğma meydanda son oyununu keçirən futbolçu üçün ürək sözlərini “Roma”nın rəsmi saytı ilə bölüşən Totti Cerrardın hələ də gəncliyində olduğu kimi möhtəşəm oynadığını deyib:
 
“Məncə, hər bir futbolçu onunla eyni komandada oynamaq istəyərdi. O elə bir futbolçudur ki, dünyanın istənilən komandasında oynaya bilər”.  

Xəbər xətti