Məlikovsuz "Dənizlispor"dan növbəti qələbə

00:45 - 18 May 2015

Subaşiç "18-liy"ə daxil edilmədi
 
Türkiyə PTT 1-ci liqasında 33-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası - "Dənizlispor" doğma meydanda Azərbaycan millisinin sabiq hücumçusu Branimir Subaşiçli "Manisaspor"u qəbul edib.
 
Qarşılaşma Dənizli klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Məlikov qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib. Subaşiçin adı isə matçın iştirak ərizəsinə daxil edilməyib.
 
Qeyd edək ki, hazırda "Dənizlispor" 33 xalla 15-ci, "Manisaspor" isə 30 xalla 17-ci pillədə qərarlaşıb.

Xəbər xətti