Kamran Ağayevli "Kayserispor" kubokuna qovuşdu FOTOLAR

00:57 - 18 May 2015

Futbolçular da mükafatlandırıldı

 

Türkiyə PTT I Liqasında XXXIII turun oyunları keçirilib. 

 

Sportal.az xəbər verir ki, sözügedən tur çərçivəsində milli komandamızın qapıçı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" da növbəti matçını keçirib.  Kayseri təmsilçisi doğma meydanında "Kaşıyaka"nı məğlub edib 2:1. Ağayevin adı oyunun iştirak ərizəsinə daxil edilməyib. 

 

Oyundan sonra Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören "Kayserispor" futbolçularınıçempionluq münasibəti ilə təbrik edərək qızıl medalları komanda üzvlərinə təqdim edib.

 

Xəbər xətti