Baş məşqçisi açıqladı: "O, artıq "Yuventus"un futbolçusudur"

01:46 - 18 May 2015

Dibalanın yeni klubu məlum oldu
 
Paulo Dibala artıq “Yuventus”la anlaşıb.
 
Sportal.az xəbər verir ki, bu barədə “Palermo”nun baş məşqçisi Cüzeppe Yakini məlumat verib.
 
“Kalyari” ilə oyundan sonra italiyalı jurnalistlərə açıqlama verən Yakini əsas oyunçuları Vazkez və Dibalanın gələcəyi haqqında fikirlərini bildirib.
 
Vazkezi saxlamaq istədiklərini qeyd edən mütəxəssis, Dibalanın isə artıq “Yuventus”un oyunçusu olduğunu deyib.

Xəbər xətti