Ruslan Qurbanov "Hayduk"da növbəti qolunu vurdu

12:27 - 18 May 2015

Yoxlama matçı

 

Xorvatiyanın "Hayduk" klubu növbəti yoxlama matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, Ruslan Qurbanovun da çıxış etdiyi komanda aşağı liqa klubu "Varteks"lə qarşılaşıb. Oyun "Hayduk"un 4:0 hesablı qələbəsi ilə başa çatıb.

 

R.Qurbanov ikinci hissədə meydana daxil olub. O, 78-ci dəqiqədə komandasının 3-cü qolunu vurub.

Xəbər xətti