Dadaşov oynamadı, komandası qələbə qazandı

17:32 - 18 May 2015

Futbolçumuzun adı "18-liy"ə daxil edilmədi
 
Almaniyanın cənub-qərb regional liqasında 33-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası - "Saarbryuken" də növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Nekarelts"lə qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Rüfət bu oyunun iştirakçıları arasında yer almayıb.
 
Qeyd edək ki, "Saarbryuken" 69 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti