Növbəti mövsümdən I Divizionda çıxış edəcək klub futbolçu axtarışında

16:39 - 19 May 2015

Seçimlər başlayır

 

"Əlincə" futbol klubu yeni mövsümdən etibarən I Divizionda çıxış edəcək.

 

Sportal.az xəbər verir ki, heyətində əsasən gənc futbolçulara yer verməyi planlaşdıran komanda daha da güclənmək məqsədilə futbolçu seçimi elan edir. 1 iyun 2015-ci il tarixində start götürəcək seçimlər 1995-1999 təvəllüdlü futbolçular arasında aparılacaq. 

 

Qeyd edək ki, seçimlər 30 iyun 2015 tarixində başa çatacaq.

Xəbər xətti