"Beyl azarkeşlərin etirazına fikir verməməlidir"

01:50 - 21 May 2015

Şevçenko "Real"ın uelsli ulduzunu müdafiə etdi
 
Madrid azarkeşlərin “Real”ın uelsli ulduzu Qaret Beylə qarşı etiraz etməsi tanınmış futbol ulduzları tərəfindən birmənalı qarşılanmayıb.
 
Sportal.az xəbər verir ki, Ukrayna milli komandasının sabiq hücumçusu Andrey Şevçenko uelsli futbolçunun müdafiəsinə qalxıb. “Qızıl Top“ mükafatının sahibi və “Milan”da forma geyinmiş futbolçu Qaret Beylin Madrid klubunda qalmasını məsləhət görüb:
 
“Beyl azarkeşlərin etirazına fikir verməməlidir. Uelsli futbolçu oyuna çıxanda çalımalıdır ki, özünü yaxşı tərəfdən göstərsin. Beyl “Real”da qalsa, komanda üçün çox şey edəcək. Əslində belə məqamda komanda yoldaşları futbolçuya dəstək verməlidir. İnanıram ki, Beyl Madrid klubundan ayrılmayacaq”.          

Xəbər xətti