Braziliyalı əfsanə futbol məktəbi açır

02:05 - 21 May 2015

Rusiyada “Ronaldo məktəbi” fəaliyyətə başlayır
 
Braziliya futbolunun əfsanəsi Ronaldo Rusiyada öz futbol məktəbini açır
 
Sportal.az xəbər verir ki, veteran futbolçunun belə addım atmasına əsas səbəb Braziliyanın Almaniya yığmasına böyük hesabla məğlub olmasıdır:
 
“Rusiyada futbol məktəbi acacağam. Yeni proyekt “Ronaldo məktəbi” adlanacaq. Güman edirəm ki, həm Braziliya həm də Rusiya millisində ulduz futbolçular yetərincə deyil. Biz məktəbdə 4-dən başlayaraq 18 yaşa qədər uşaqları əsl futbol ulduzu olaraq yetişdirəcəyik.
 
Tanınmış mütəxəssislər uşaqlar arasında seçim aparandan sonra onlardan ən yaxşıları məktəbə cəlb olunacaq. Mən bu proyekti Braziliya millisi Almaniya yığmasına böyük hesabla məğlub olandan sonra həyata keçirməyə qərar verdim”.        
 

Xəbər xətti