"Yuventus" ölkə kubokunu belə qazandı VİDEO

02:20 - 21 May 2015

Matrinin qolu “Latsio”nu “yıxdı”
 
İtaliya ölkə kubokunda final qarşılaşması keçirilib.
 
Sportal.az xəbər verir ki, həlledici görüşdə "Yuventus" və "Latsio" klubları üz-üzə gəlib.
 
İtaliya A Seriyasının qalibi olan və Çempionlar Liqasının finalına yüksələn "Yuventus" mövsümü üç kubokla başa vurmağa yaxındır. Turin təmsilçisi A Seriyasının ardından ölkə kubokunu da qazanmağı bacarıb. 

90 dəqiqəlik mübarizədə qeydə alınan bərabərlik (1:1) qalibin əlavə vaxtda müəyyən edib. 97-ci dəqiqədə Matrinin vurduğu  qol “Qoca Sinyora”nın mövsümü “Qızıl dubl”la başa vurmasına səbəb olub.


20 may
 
"Yuventus" - "Latsio" 2:1
Qollar:
  Kyellini, 11, Matri, 97 – Radu, 4 
 
 

Xəbər xətti