Çempionatımızın bombardiri: "İnanıram, gələcəkdə Prosineçki mənə dəvət göndərəcək"

15:44 - 22 May 2015

Nurlan Novruzov milliyə dəvət almaması haqda danışdı
 
Bu gün millimizin baş məşqçisi Robert Prosineçki iyun ayında Avstriyada keçiriləcək təlim məşq toplanışı və AÇ-2016 seçmə mərhələsində Norveçlə oyun üçün millimiin heyətiini açıqlayıb. 25 nəfərlik siyahıda son oyunlarda ardıcıl qollar vuran və 15 qolla çempionatın bombardirlik siyahısına başçılıq edən Nurlan Novruzovun adı yoxdur.
 
Novruzov bu barədə Sportal.az-a danışıb:
 
"Məşqlərimdə hər zaman öz üzərimdə çalışıram, oyunlarda da meydana çıxıb komandam üçün əlimdən gələnin ən yaxşısını edirəm. İnanıram ki, Prosineçki gələcəkdə məni də milli komandaya dəvət edəcək".

Xəbər xətti