"Real" argentinalı forvardla danışıqlar aparır

02:25 - 23 May 2015

Mauro İkardi “İnter”lə müqaviləni yeniləyəcək?
 
“İnter” klubunun hücumçusu Mauro İkardinin mövsümün sonunda Madrid “Real”ına keçəcəyi gözlənilir.
 
Sportal.az xəbər verir ki, xanım Vanda ikardi tvitterdə həyat yoldaşının Madrid klubu ilə danışıqlar apardığını yazıb.
 
İtaliya A seriyasında mövsümün başa çatmasına az qalmasına baxmayaraq, hələ də argentinalı futbolçu “İnter”lə müqaviləsini yeniləməyib. Bu mövsüm Milan təmsilçisinin heyətində 46 oyun keçirən çənubi amerikalı futbolçu 24 qol vurub.           

Xəbər xətti