Hafiz Məmmədov: "Amma bu nəticə bizi məyus etmir"

13:30 - 23 May 2015

"Çünki bu, onların böyük futbolda ilk addımlarıdır"
 
“Bakı”nın prezidenti Hafiz Məmmədov komandasının cari mövsümdəki çıxışından razıdır. 
 
Sportal.az xəbər verir ki, klub prezidenti dünən “Neftçi”yə qarşı baş tutan oyundan sonra (0:0) komanda üzvlərini təbrik edib. Mövsüm boyu gənclərin əzmkar mübarizə apardığını vurğulayan Hafiz Məmmədov, “Bakı”nın daim Azərbaycan futboluna xidmət etdiyini vurğulayıb: 
 
“Neftçi” ilə oyun “Bakı”nın cari mövsümdəki son ev qarşılaşması idi. Komanda çox yaxşı təsir bağışladı. Göstərilən oyuna görə futbolçulara təşəkkür edirəm. Onlar əsl kollektiv kimi mübarizə apardılar. İnanıram ki, bu uşaqlar gələcəkdə Azərbaycan futboluna daha böyük xeyir verəcəklər. “Bakı” bu mövsüm 9-cu yeri tutdu. Amma bu nəticə bizi məyus etmir. Çünki bu, onların böyük futbolda ilk addımlarıdır. “Bakı” vuruşqan komanda təsiri bağışladı. Bu gün komandamızda gənclərin oynaması Azərbaycan futboluna böyük fayda verəcək. Hazırda Premyer Liqanın bir çox klublarında “Bakı”nın yetirmələri oynayır. Bu, bizim düzgün iş apardığımızın göstəricisidir. İnanıram ki, hazırki heyətdə yer alan gənclər daha böyük uğurlar əldə edəcəklər. “Bakı” klubunun əsas məqsədi daim Azərbaycan futboluna xeyir vermək olub. Bu gün “Bakı”da oynayan gənclər yaxın gələcəkdə milli komandamızda da əsas söz sahibləri olacaqlar”.

Xəbər xətti