Ronaldinyo əsəbləşib oyunu yarımçıq tərk etdi

21:10 - 23 May 2015

Braziliyalı ulduz baş məşqçiyə etiraz etdi  
 
Meksika liqasında keçirilən "Paçuka" - "Keretaro" matçında qonaqların ünlü futbolçusu Ronaldinyo diqqət mərkəzinə düşüb.
 
Sportal.az xəbər verir ki, 2:0 hesabı ilə geridə olan "Keretaro"nun baş məşqçisi ilk hissənin sonlarında Ronaldinyonu əvəzləyib.
 
Baş məşqçinin bu qərarından narazı qalan braziliyalı ehtiyat oyunçular skamyasında əyləşmədən şəxsi avtomobili ilə stadionu tərk edib. Bu hərəkətinə görə 35 yaşlı futbolçunun cəza alacağı gözlənilir.
 
Qeyd edək ki, "Paçuka" - "Keretaro" oyunu 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.  
 

Xəbər xətti