Alonso "Fiorentina"ya qələbə bəxş etdi VİDEO

20:10 - 24 May 2015

“Palermo” florensiyalılarla bacarmadı 
 
İtaliya A seriyasında 37-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, avrokuboklara vəsiqəni təmin edən “Fiorentina” səfərdə “Palermo”nun qonağı olub.
 
23-cü dəqiqədə İliçiçin qolu florensiyalıları hesabda önə keçirib. Lakin qonaq komandanın qol sevinçi 3 dəqiqə çəkib. Meydan sahiblərindən Jajalo hesaba tarazlıq gətirib. Cilardinyonun qoluyla fasiləyə üstün yollanan “Forentina” ikinci hissədə qapısında qol görüb. Riqoni yenidən hessabı bərabərləşdirib. Bütün bunlara baxmayaraq, qonaqlar Alonsonun sayəsində sonda qələbə qolunu vurub.         
 
 
“Palermo” – “Fiorentina”  2:3
Qollar: Jajalo, 26, Riqoni, 69 - İliçiç, 23, Cilardinyo, 33, Alonso, 78

 

Xəbər xətti