Argentinalı hücumçu "Yuventus"a keçidini təsdiqlədi

01:20 - 25 May 2015

Paulo Dibala: “Turin klubunun təklifi cəlbedici oldu”
 
“Palermo” klubunun hücumçusu Paulo Dibala İtaliya çempionu “Yuventus”la müqavilə bağladığını təsdiq edib.
 
Sportal.az xəbər verir ki, 21 yaşlı argentinalı futbolçu gələn mövsüm “Qoca Sinyora”nın formasını geyinəcəyini etiraf edib.
 
Turin təmsilçisinə keçidinə gənc futbolçu belə münasibət bildirib:
 
“Digər klublarla müqayisədə “Yuventus” məni israrla istəyirdi. Turin klubunun təklifi cəlbedici oldu. Ona görə də  “Yuventus”u seçdim. Ümid edirəm ki, Teves də komandadan ayrılmaycaq. Gənc hücumçu kimi ondan çox şey öyrənə bilərəm”.         

Xəbər xətti