"Mançester Yunayted" Bakıda

11:36 - 25 May 2015

32 gənc iştirak edəcək

 

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkil etdiyi “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinə seçimlər başa çatıb.

 

Sportal.az xəbər verir ki, yay futbol məktəbini təşkil etməkdə əsas məqsəd paytaxt və bölgələrdə yaşayan 8-12 yaşlı uşaqlar arasında gənc istedadları aşkar etmək və onların futbol sahəsində inkişafına töhfə verməkdir.
 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi ilə Bakı və Azərbaycanın bir sıra regionlarında aparılan seçim turlarından müvəffəqiyyətlə keçən 8-12 yaş arası (2003, 2004, 2005, 2006 və ya 2007 təvəllüd) 32 gənc iyun ayının 1-dən 6-dək Bakıda, “Bayıl Arena” stadionunda təşkil olunacaq təlim-məşq toplanışlarında iştirak edəcək.

Seçimlərin prosesini həyata keçirən AFFA-nın Elit Məşq layihəsinin məşqçiləri və Mançester Yunayted Futbol Məktəbinin baş məşqçisi Mick Bennett daha çox uşaqların texniki xüsusiyyətlərini sınaqdan keçiriblər.

Xəbər xətti