U-19 Liqasının qalibləri mükafatlandırıldı

16:11 - 26 May 2015

AFFA-dan 3 komandaya mükafat

 

Bu gün AFFA-nın inzibati binasında U-19 Liqasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Sportal.az xəbər verir ki, mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov, futbol veteranı Rüstəm Rəhimov, Azərbaycan milli komandasının və “Qarabağ” klubunun üzvü Qara Qarayev təqdim ediblər.

 

Xatırladaq ki, U-19 Liqasının 2014/2015-ci il mövsümünün qalibi “Rəvan” komandası olub. “Simurq” ikinci, “Qəbələ” üçüncü yeri tutub.

Xəbər xətti