Millimizin üzvünün yeni baş məşqçisi məlum oldu

16:50 - 30 May 2015

Buriç çalışdıracaq

 

Millimizin üzvü Ruslan Qurbanovun şərəfini qoruduğu Xorvatiyanın  "Hayduk" klubunda növbəti baş məşqçi dəyişikliyi baş verib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanı bundan sonra xorvatiyalı çalışdırıcı Damir Buriç çalışdıracaq. 51 yaşlı mütəxəssis yeni vəzifədə Harri Vukası əvəzləyəcək. Buriç iyunun 1-də ictimaiyyətə təqdim olunacaq. 

 

Xatırladaq ki, Buriçin son iş yeri Almaniyanın 21 yaşlılardan ibarət milli komandasında olub. Buriç Almaniya millisində  baş məqçi köməkçisi olub.

Xəbər xətti