"Qəbələ"nin sabiq baş məşqçisi komandadan ayrıldı

19:15 - 30 May 2015

Yuri Syomin "Mordoviya"nı tərk etdi
 
"Mordoviya" klubunun baş məşqçisi Yuri Syomin tutduğu vəzifədən istefa verib.
 
Sportal.az xəbər verir ki, 68 yaşlı rusiyalı mütəxəssis mövsümün sonuncu qarşılaşması "Torpedo"ya 2:0 hesablı məğlubiyyətdən sonra komandanı tərk edib. 
 
"Qəbələ"nin sabiq baş məşqçisi "Mordoviya"dan getməsini belə izah edib: "Klubla olan bir illik müqaviləm başa çatdı. Qərar verməkdə çətinlik çəkdim. “Mordoviya” mövsümü turnir cədvəlinin orta pillələrində başa vurdu. Çempionlar Liqasının finalından sonra gələcək karyeram haqda düşünəcəm".
 
Qeyd edək ki, "Mordoviya" 2014/2015 mövsümünü 38 xalla turnir cədvəlinin 8-ci pilləsində başa vurub. 

Xəbər xətti