Emil Balayevi komandaya gətirən baş məşqçi "Ayntraxt"dan gedir

00:02 - 31 May 2015

Şaaf komandadan getməyi qərara alıb
 
Almaniyanın "Ayntraxt" klubu baş məşqçisiz qalıb.
 
Sportal.az xəbər verir ki, Frankfurt klubunun çalışdırıcısı Tomas Şaaf mövsüm bitən kimi postundan getməyə qərar verib.
 
Onun klubla 2018-ci ilədək müqaviləsi olsa da, qalmaq istəməyib. Qeyd edək ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevi də "Ayntraxt"a məhz bu baş məşqçi dəvət etmişdi. Yeni baş məşqçinin kim olacağı isə açıqlanmayıb.
 
Qeyd edək ki, Balayevin növbəti mövsümdən komandanın əsas qapıçısı Kevin Trappla rəqabət aparması proqnozlaşdırılır.

Xəbər xətti