"Əgər İkardi het-trik etməsə, onda 38 yaşımda bombardir olacağam"

02:23 - 31 May 2015

Luka Toni "İnter"in "Empoli”ylə oyununu səbirsizliklə gözləyir
 
İtaliya A seriyasının sonuncu – 38-ci turunda “Yuventus”la oyunda qol vuran “Verona”lı hücumçu Luka Toni bombardir olmağa yaxındır.
 
Sportal.az xəbər verir ki, aktivində 22 qolu olan 38 yaşlı futbolçunu A seriyasının bombardirlər siyahısında “İnter”li Mauro İkardi izləyir.
 
Argentinalı forvardın imzasında 20 qol var. “İnter”in bu gün evdə “Empoli”ylə keçirəcək oyunu Luka Toni səbirsizliklə gözləyir. İtaliya millisinin sabiq üzvü argentinalı futbolçunun 3 qol vurmasını arzulamır:
 
“Əgər “Empoli”ylə oyunda İkardi het-trik etməsə, onda A seriyasının bombardiri olacağam. 38 yaşda bu qədər qol vururamsa, deməli hələ oynaya bilərəm. Lakin rəhbərlik komanda da daha çox gənclərə üstünlük verir. Halbuki, mən özümü yaşlı hesab etmirəm”. 

Xəbər xətti