Portuqaliyada kubokun sahibi bəlli oldu

01:15 - 1 İyun 2015

“Sportinq” mövsümü titulla başa vurdu    
 
Portuqaliyada ölkə kubokuna sahib olan komandanın adına aydınlıq gəlib.
 
Sportal.az xəbər verir ki, final oyununda “Sportinq” və “Braqa” komandaları üz-üzə gəlib.
 
Gərgin mübarizə şəratində keçən oyunda 4 qol vurulsa da, əsas və əlavə vaxtda qalib müəyyən olunmayıb. Kubokun sahibi penalti vuruşlarıdan sonra bəlli olub. Penalti zərbələrini daha dəqiq oynayan “Sportinq”li futbolçular kuboku başı üzərlərinə qaldırıblar.  
 
 
Portuqaliya ölkə kuboku, final
 
“Sportinq” – “Braqa”  2:2 (pen: 3:1)
Qollar: Slimani, 84, Montero, 90 – Eder, 16, Silva, 25

Xəbər xətti