Elxan Məmmədovun iştirakı ilə brifinq keçiriləcək

12:34 - 1 İyun 2015

Təlim-məşqdə 34 uşaq

 

Xəbər verdiyimiz kimi, Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə mayın 7-dən 24-dək Qax və Xaçmaz rayonlarında, habelə Gəncə, Sumqayıt və Bakı şəhərlərində “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinə seçimlər keçirilib.

 

Sportal.az xəbər verir ki, seleksiya prosesində fərqlənmiş 8-12 yaş arası 2 qapıçı olmaqla 34 uşaq iyunun 1-dən 5-dək Bayıl stadionunda  “Mançester Yunayted” Yay Futbol Məktəbinin təlim-məşq toplanışında iştirak edəcək. Məşqlər ingiltərəli mütəxəssislər Garvey Louis və Ollieuz Christopherin rəhbərliyi ilə keçiriləcək.

 

İyunun 2-də Bayıl stadionunda “Mançester Yunayted” Yay Futbol Məktəbi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov və Bakcell şirkətinin Baş marketinq direktoru Maria Toychevanın iştirakı ilə brifinq keçiriləcək. Brifinq saat 11:00-da başlayacaq.

Xəbər xətti