"Mançester Yunayted" toplanışda

13:11 - 1 İyun 2015

Üçüncü Yay Futbol Məktəbi

 

Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə bu gündən etibarən Bayıl stadionunda “Mançester Yunayted” üçüncü Yay Futbol Məktəbinin təlim-məşq toplanışı başlayıb.

 

Sportal.az xəbər verir ki, İyunun 5-dək davam edəcək məşqlərə ingiltərəli mütəxəssislər Garvey Louis və Ollieuz Christopher rəhbərlik edir. Toplanışda iştirak üçün mayın 7-dən 24-dək Qax və Xaçmaz rayonlarında, habelə Gəncə, Sumqayıt və Bakı şəhərlərində keçirilmiş seleksiya prosesində 8-12 yaş arası 2-si qapıçı olmaqla 34 uşaq seçilib.

Xəbər xətti