Nazarovun klubu bu gün əsas Bundesliqaya vəsiqə qazana bilər

16:48 - 1 İyun 2015

Millimizin üzvü üçün böyük şans
 
Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun klubu - "Karlsrue" bu gün Almaniyanın əsas Bundesliqasına vəsiqəni təmin edə bilər.
 
Sportal.az xəbər verir ki, bunun üçün ikinci Bundesliqa təmsilçisinin doğma meydanda elitanı tərk etmək təhlükəsi ilə üz-üzə olan "Hamburq"la cavab görüşündən qələbə ilə ayrılması lazımdır.
 
Qeyd edək ki, Hamburqda keçirilmiş oyunda "Karlsrue" səfrəli nəticəyə imza atıb - 1:1. Bu gün isə "Karlsrue" qolsuz heç-heçə və ya istənilən hesablı qələbə sayəsində əsas Bundesliqaya yüksələcək. Belə olan halda "Hamburq" ikinci Bundesliqaya düşəcək.

Xəbər xətti