Nazarovun komandası Bundesliqanı belə əldən verdi VİDEO

10:22 - 2 İyun 2015

"Pley-off" matçı

 

Millimizin üzvü Dmitri Nazarovun forma geyindiyi “Karlsrue” klubu Almaniya Bundesliqasına vəsiqə qazanmaq uğurunda “Hamburq”la “pley-off” mərhələsində cavab oyununa çıxıb. 

 

Sportal.az xəbər verir ki, ilk görüşdə səfərdə (1:1) heç-heçə edən “Karlsrue”yə doğma meydanda qolsuz bərabərlik də bəs edirdi. 

 

Cavab oyununda əsas heyətdə yer alan Dmitri Nazarov “Hamburq”a qarşı sona qədər meydanda olub. Yabonun qoluyla hesabda önə keçən “Karlsrue” qələbəni son anda əldən verib. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə Dias bərabərlik qolunu vurub.

 

Belədə qalibi müəyyən etmək üçün tərəflər əlavə 30 dəqiqə mübarizə aparmalı olublar. 115-ci dəqiqədə Müllerin qolu “Hamburq”un növbəti mövsüm Bundesliqada mübarizə aparmasına yol açıb.         

 

"Karlsrue" – "Hamburq"  1:1 (əlavə vaxt 1:2)

Qollar: Yabo, 78 – Dias, 90+1, Мüller, 115

 

Xəbər xətti