Avropada ən çox pul qazanan baş məşqçi və futbolçu kimdir?

19:45 - 2 İyun 2015

"Böyük beşlik"də ən çox pul xərcləyən klub PSJ-dir
 
Avropanın “Böyük beşlik” ölkələrinin  çempionatlarında 2014/2015-ci il mövsümünə  yekun vurulub. 
 
Sportal.az xəbər verir ki, qitənin aparıcı klublarının geridə qalan bir il ərzində baş məşqçilərə və futbolçulara verdiyi pulların həcmi açıqlanıb.
 
Avropada ən çox pul xərcləyən komanda Fransanın PSJ klubudur. Paris təmsilçisi komandanın ilinə 271 milyon avro xərc çəkib. Sıralamada ikinci pilləni 216 milyon avroyla Madrid “Real”ı  tutur. 215 milyon avro xərçləyən “Mançester Siti “ klubu ilk üçlükdə yer alıb.
 
Bu mövsüm Almaniya Bundesliqasında iki komanda - “Bavariya” və Dortmund “Borussiya”sı xeyli  pul xərcləyib.  Almaniyada ən çox qazanan Münhen təmsilçisinin baş məşqçisi Xosep Qvardioladır. Onun illik qazancı 17 milyon avrodur.
 
Fransada ən çox qazanan futbolçu PSJ-nin isveçli ulduzu Zlatan İbrahimoviç (15 milyon avro), İtaliya A seriasında “Roma”nın üzvü De Rossi (6,5 milyon avro), İngiltərə Premyer Liqasında “Mançester Yunayted”in forvardı Ueyn Runi (20 milyon avro), İspaniya La Liqasında isə “Barselona”nın argentinalı ulduzu Lionel Messidir (25 milyon avro).

 

Xəbər xətti