"Yay Futbol Düşərgəsi" layihəsinə start verildi

12:07 - 3 İyun 2015

9 gün davam edəcək

 

"Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Yay Futbol Düşərgəsi" layihəsinə start verilib. 


Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2 iyun tarixində start götürən layihə 9 gün müddətində 3 qrup üzrə keçiriləcək. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən 52 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən artıq oğlan və qız şagirdi iştirak edəcək. "Yay Futbol Düşərgəsi" layihəsinə nəzarəti "Sumqayıt" Futbol Klubunun texniki direktoru Frank Bernhardt edir.


Xatırladaq ki, "Sumqayıt" FK ötən il də "Yay Futbol Düşərgəsi" layihəsi keçirmişdi. 

Xəbər xətti