Braziliya millisinin sabiq baş məşqçisi Çində

02:03 - 5 İyun 2015

"Quanjçou Everqrand” klubu Kannavaronu Skolariylə əvəzlədi 
 
Braziliya yığmasının sabiq çalışdırıcısı  Luis Felipe Skolari Çinin “Quanjçou Everqrand” klubuna baş məşqçi təyin olunub.
 
Sportal.az xəbər verir ki, braziliyalı mütəxəssis baş məşqçi postunda 42 yaşlı Fabio Kannavaronu əvəzləyib.
 
İtaliyalı məşqçinin “Quanjçou Everqrand”ın düşərgəsindən niyə ayrıldığı hələ məlum deyil. Lakin onun başçılığı altında komanda geridə qalan 13 turda Çin Superliqasında 26 xalla “Şandun”la ilk pilləni bölüşdürür. Bundan başqa, “Quanjçou” Asiyanın Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanıb.
 
Qeyd edək ki,  “Quanjçou Everqrand” klubu Luis Felipe Skolariylə 2 illik müqavilə bağlayıb.          

Xəbər xətti