UEFA prezidentindən aparıcı klublara irad

20:30 - 6 İyun 2015

Mişel Platini:  “Heç bir futbolçu 100 milyona dəymir”
 
UEFA-nın prezidenti Mişel Platini həmyerlisi Pol Poqba haqqında fikirlərini bildirib.
 
Sportal.az xəbər verir ki, qurumun rəhbəri Pol Poqbanın yaxşı futbolçu olduğunu deyib.
 
Fransalı funksioner həmvətənin elə də bahalı futbolçu olmadığını gizlətməyib:
 
“Düzdü, Poqba Fransa futbolunun gələcəyidir. Onun növbəti mövsümdə “Yuventus”da qalacağını deyə bilmərəm. Lakin futbolçulara belə yüksək məbləğ verilməsini bəyənmirəm. Çünki heç bir futbolçu 100 milyona dəymir. Futbolçulara belə yüksək məbləğlərin verilməsinə yaxşı baxmıram. Maliyyəsi güclü olan klublar pullarını uşaq futboluna yatırsalar, daha yaxşı olar”.  

Xəbər xətti