"Barselona" Çempionlar Liqası Kubokunu belə qazandı VİDEO

01:55 - 7 İyun 2015

Kataloniya təmsilçisi "Yuventus"a qalib gəldi  
 
UEFA Çempionlar Liqasının final oyunu ilə avrokuboklarda 2014/15 mövsümünə yekun vurulub. 
 
Sportal.az xəbər verir ki, qitənin ən nüfuzlu turnirinin finalında İspaniyanın “Barselona” və İtaliyanın “Yuventus” klubları qarşılaşıb.
 
Berlinin “Olimpiyaştadion” arenasında baş tutan oyunda “Barselona” rəqibinə 3:1 hesabı ilə qalib gələrək 5-ci dəfə kuboka sahib olub. Kataloniya təmsilçisinin heyətində İvan Rakitiç, Luis Sures və Neymar fərqləndiyi halda, turinlilərin yeganə qoluna Morata imza atıb.
 
 
Çempionlar Liqası, Final
 
6 may
 
“Yuventus” (İtaliya) – “Barselona” (İspaniya)  1:3
Qollar: Morata, 54 - Rakitiç, 4, Suares, 68, Neymar, 90+7
 
 

Xəbər xətti