Tərzin Cahangirov "Zirə"də RƏSMİ

22:01 - 7 İyun 2015

Transferlər davam edir

 

Transfer çalışmalarına davam etdirən “Zirə” daha bir keçidi rəsmiləşdirib. Sportal.az xəbər verir ki, bu klub heyətini “Qəbələ”nin yarımmüdafiəçisi Tərzin Cahangirovla rəsmiləşdirib. O, bir il müddətinə icarəyə götürüb.  

 

Qeyd edək ki, növbəti mövsümdən Premyer Liqada çıxış edəcək “Zirə” artıq AZAL-dan Rəşad Abdullayev və Kamal Bayramovun da transferini reallaşdırıb. Eyni zamanda U-21 millimizin üzvü Adil Nağıyevlə də 3 illik müqavilə imzalanıb. 

Xəbər xətti