Rusiya – Belarus 4:2 VİDEO

01:10 - 8 İyun 2015

Fabio Kapellonun komandası yoxlamadan üzüağ çıxdı
 
AÇ-2016-nın seçmə mərhələsində Rusiya yığması növbəti oyununu evdə G qrupunun lideri Avstriya millisinə qarşı keçirəcək.
 
Sportal.az xəbər verir ki, avstiriyalılarla oyuna hazırlıq görən Fabio Kapellonun komandası bu gün Belarus yığması ilə yoxlama matçında quvvəsini sınayıb.
 
19-cu dəqiqədə Kokorinin qoluyla hesabda önə çıxan rusiyalılar fasiləyə minimal üstünlüklə yollanıblar. İkinci hissəyə fəal başlayan qonaqlar Kislyakın dublu sayəsində hesabı xeyirlərinə dəyişiblər. Lakin oyunun son 15 dəqiqəsində hücumda təzyiqi artıran Rusiya rəqibini ardıcıl 3 dəfə cəzalandırmağı bacarıb. Qolovin, Mirançuk və Kerjakovun qolları rusiyalılara 4:2 hesablı qələbə qazandırıb.           
 
 
Rusiya – Belarus  4:2
Qollar:
Kokorin, 19, Qolovin, 78, Mirançuk, 83, Kerjakov, 90+2 – Kislyak, 50, 66
 
 

Xəbər xətti