Millimizin rəqibindən 4 qol VİDEO

01:45 - 8 İyun 2015

Cəbəllütariq  yığması yenə də darmadağınla üzləşdi      
 
AÇ-2016-nın seçmə qrup mərhələsində millimizin rəqiblərindən biri olan Xorvatiya yığması Cəbəllütariqlə  yoxlama görüşü keçirib. 
 
Sportal.az xəbər verir ki, rəqibinə  aman verməyən xorvatlar böyük hesabla qalib gəlib  - 4:0. Xorvatiya millisinin heyətində Şarbini, Kovaçiç, Mandzukiç və Kramariç fərqlənib. 
 
Qeyd edək ki, iyunun 12-də Xorvatiya millisi qrup liderliyi uğrunda qarşılaşmada əsas rəqibi İtaliya yığmasını doğma meydanda qəbul edəcək.     
 
 
Xorvatiya - Cəbəllütariq   4:0
Qollar: Şarbin, 7, Kovaçiç, 15, Mandzukiç, 53-pen, Kramariç, 77 
 

Xəbər xətti